Xəbər lenti

Fransada ultra sağçıların lideri növbədənkənar seçkilərdəki qələbəni şərh etdi
Dünya 09:59 01.07.2024

Fransada ultra sağçıların lideri növbədənkənar seçkilərdəki qələbəni şərh etdi

Fransanın sağçı populist Milli Birlik Partiyasının lideri Cordan Bardella bazar günü səsvermənin nəticələrinin vətəndaşların əksəriyyətinin qəti mövqeyini ifadə etdiyini söyləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə BFMTV yazır.

Bardella bildirib ki, onun partiyasının və həmkarlarının qələbəsi - səslərin 33%-dən çoxu - fransızların "açıq şəkildə dəyişiklik istədiyi"ni göstərir.

O əlavə edib ki, majoritar seçki dairələri üzrə qaliblərin müəyyənləşəcəyi iyulun 7-də keçiriləcək səsvermə "V Respublika tarixində ən həlledici səsvermələrdən biri olacaq”.

Əvvəllər Bardella Milli Mitinqin və onun tərəfdaşlarının mütləq səs çoxluğu qazanacağı təqdirdə baş nazir postuna namizəd olmaqda maraqlı olduğunu bildirmişdi və bu mövqeyini bir daha təsdiqləyib.

"Əgər seçicilər bizə mütləq çoxluğu versələr, mən bütün Fransa xalqının baş naziri olmağa hazıram", - o deyib.

Birinci turun nəticələri məlum olduqdan sonra mandatların bölüşdürülməsi ilə bağlı proqnozlar buna imkan verir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->