Xəbər lenti

Ölkə 11:10 07.12.2023

Füzulidə mina partladı - Xəsarət alan var

Füzuli rayonunda traktor minaya düşüb.

Qaynarinfo DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün  saat 10 radələrində Horadiz kəndində əkin işləri aparan traktorun minaya düşməsi barədə məlumat daxil olub. Nəticədə traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->