Xəbər lenti

Dünya 17:17 21.11.2023

Gürcü spiker prezidenti rusdillilərə qarşı ksenofobiyada ittiham etdi

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili prezident Salome Zurabişvilini rusdillilərə ksenofob münasibətdə ittiham edib.

Bu barədə Qaynarinfo "Gürcüstan Online”a istinadən xəbər verir.

"Gürcüstanda olan Rusiya vətəndaşlarına gəlincə, Salome Zurabişvilinin rus dilini eşitməyin gürcü xalqı üçün problem olduğuna dair ksenofob bəyanatı mütləq ksenofobiyadır və hər kəs ondan uzaqlaşmalıdır”, - Papuaşvili bildirib.

"Axı bizim Gürcüstanda 10 mindən çox vətəndaşımız var ki, onlar üçün rus dili ana dilidir. Milliyyət və etnik mənsubiyyətdən danışmaq ksenofobiyadır və bu, qınanmağa layiqdir", - Papuaşvili əlavə edib.

Xatırladaq ki, Gürcüstan prezidenti Salome Zurabişvili daha əvvəl bildirib ki, o, minlərlə rusiyalının Gürcüstan ərazisində olması və rus dilində danışması ilə bağlı təhlükə görür.

Zurabişvilinin sözlərinə görə, Gürcüstanda rusiyalılar özlərini evdəki kimi aparır və hiss edirlər, bu isə təhlükədir.

Ötən ilin statistikası göstərir ki, 2022-ci il ərzində Gürcüstana daxil olan və uzun müddət burada qalanların ən böyük hissəsini Rusiya Federasiyasının vətəndaşları təşkil edir. 

Gürcülərin 77%-i Rusiyanı ən böyük siyasi təhlükə hesab edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->