Gürcüstan Xarici İşlər Nazirliyi işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma "yerli özünüidarəetmə orqanlarına” keçirilən "seçkilər” ilə bağlı bəyanat yayıb.
Qaynarinfo Azərtac-a istinadla xəbər verir ki, bununla bağlı Gürcüstan XİN-inin saytında rəsmi məlumat yerləşdirilib.
Bəyanatda deyilir ki, Gürcüstan Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanıyır. Eyni zamanda, Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda 2019-cu il sentyabrın 8-də keçirilən "yerli özünü idarəetmə orqanlarına seçkiləri” və onun nəticələrini tanımır.
Gürcüstan XİN münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq ictimaiyyətin iştirakı ilə həllinə tərəfdardır.
Şərhlər