Dünya 10:04 20.05.2023

Gürcüstan parlamentində dava düşdü (VİDEO)

Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbərinin çıxışı zamanı parlamentarilər arasında dava düşüb.

Qaynarinfo xəbər verir ki, dava Gürcüstan parlamentinin iclas zalında "Xalqın gücü” siyasi qrupunun nümayəndələri ilə müxalifət nümayəndələri arasında baş verib.

"Sputnik Gürcüstan"ının xəbərinə görə, daxili işlər naziri Vaxtanq Qomelaurinin çıxışı zamanı deputatlar arasında gərginlik yaranıb.  Nazir parlamentarilərə martın 7 və 8-də "Xarici agentlər haqqında” qanunlara qarşı keçirilən və iğtişaşlarla başa çatan etiraz aksiyaları, etirazların dağıdılması ilə bağlı vəziyyətlə bağlı məlumat verib. Bundan sonra deputatlar çıxış etmək hüququ əldə ediblər.

"Strategiya Aqmaşenebeli” partiyasının lideri Giorgi Vaşadzenin "Xalqın Gücü” və hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyalarının nümayəndələrinə qarşı sərt açıqlamaları iclas zalında səs-küyə səbəb olub. Vaşadze tribunadan enən zaman onunla "Xalqın hakimiyyəti” partiyasından olan deputat Daça Beray arasında dava düşüb, ona digər parlamentarilər də qoşulub.

Aydın