İdman 10:47 22.09.2022

Hasan Şaş: "Artıq futbolla bağlı karyera planlaşdırmıram"

"Qalatasaray"ın əfsanəsi hasan Şaş daha futbolla maraqlanmadığını açıqlayıb.

Qaynarinfo türkiyə mətbuatına istinadən xəbər verir ki, Fatih Terimin klubdan ayrılmasından sonra işindən uzaqlaşan və xeyli müddətdir futboldan kənarda qalan sabiq yarımmüdafiəçi qərarını verib.

Uzun müddətdir komanda çalışdırmayan veteran futbolçu açıqlamasında "Üç ildir futbol camiəsindən uzağam. Artıq futbolla maraqlanmıram, və bununla bağlı bir karyera planlaşdırmıram. Heç bir yerdə futboldan danışmıram,  bundan sonra da danışmayacağam".

Şaş 2011-2013 və 2018-2020-ci illərdə "Qalatasaray"da köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Səbuhi Həsənov