Xəbər lenti

Hindistanda qəzəbli fil avtobusa hücum etdi - ANBAAN VİDEO
Video 17:21 18.09.2023

Hindistanda qəzəbli fil avtobusa hücum etdi - ANBAAN VİDEO

Hindistanda qəzəbli fil avtobusa hücum edərək, onu məhv edib. 

Qaynarinfo bu barədə "Bild"ə istinadən xəbər verir.

Hadisə Hindistanın cənubundakı Endra Pradeş ştatında baş verib. Videodan görünür ki, avtobus yol kənarında dayanıb, sərnişinlər nəqliyyat vasitəsini tərk edərək ərazidə gəzir.

Bu zaman qəzəbli bir fil avtobusa yaxınlaşaraq, nəqliyyat vasitəsinin ön şüşəsini sındırır və onu bir neçə metr hərəkət etdirir. Daha sonra heyvan yaxınlıqdakı insanlara hücum edir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Aydın

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->