Soyuq aylarda daha çox tələbat olan hindtoyuğunun qiyməti artıb.
Yevlaxın Ərəş kənd sakinləri əvvəlki illərlə müqayisədə bu ev quşunun sayının azaldığını bildirirlər.
Bahalaşmanın səbəbini isə yemin qiymətinin artması ilə əlaqələndirirlər.
"Hindtoyuğu elə quşdur ki, gərək onu yaxşı bəsləyəsən. Ağzı bir dəqiqə dayanmır. Keçənilki qiyməti 11 manat idi, bu il isə 17 manata satırıq. "Amerikalı" cins hindtoyuğunun qiyməti isə 80 manatdır", - deyə kənd sakini Mayis Mehdiyev söyləyib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər