XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İçərişəhərdən 7 xalça oğurladı, 2.2 il həbsə getdi
Ölkə13:08 05.07.2023

İçərişəhərdən 7 xalça oğurladı, 2.2 il həbsə getdi

Səbail rayonu, İçərişəhər Mirzə Mənsur küçəsi 47 ünvanda yerləşən ofisə daxil olaraq 10 ədəd qədim xalçanı oğurlayan şəxsə hökm oxunub. 
Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən 1972-ci ildə Bakı şəhər sakini Adil (şərti) saxlanılıb. 
O, 2022-ci ilin sentyabr ayının sonlarında, gecə saat 1 radələrində İçərişəhərdə yerləşən ofisə daxil olub və otaqdan beş ədəd xalça oğurlayıb. 19 noyabr 2022-ci il tarixdə saat 22 radələrində eyni qayda ilə həmin ofisdən daha beş ədəd xalça oğurlayıb. Həmin xalaçaları evinə apararaq gizlədib. 
26 noyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində İbrahim Məmmədov-Afaqi ofisə baş çəkdikdə hər birinin qiyməti təxminən 700 manat olan (cəmi 7000 manat) qədimi Azərbaycan xalçalarının oğurlandığını bilib və polisə məlumat verib. 
Məhkəmənin qərarı ilə Adil Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 2 ay müddətə azadlıqdan məhrum edilib.
Əhməd