Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun qəbuluna düşə bilməyən vətəndaş səs-küy yaradıb.
Qaynarinfo-nun məlumatına görə, 1992-ci ildə Lerik rayonu, Piran kənidndə anadan olmuş Cəfər Əşrəfov (ad-soyad şərti) Əkbər Abbasovun qəbuluna düşmək üçün Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasına gedib.
Ancaq başçı iclasda olduğu üçün onu qəbul etməyib. Bu barədə vətəndaşa məlumat verilsə də, o, əsəbləşərək RİH rəhbərinin ünvanına təhqirlər səsləndirib. Cəfər Əşrəfov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Lerik Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat miqdarında cərimə edilib.
Əhməd
Şərhlər