Xəbər lenti

İlham Əliyev Böyük Britaniya kralını təbrik etdi
Siyasət 11:16 15.06.2024

İlham Əliyev Böyük Britaniya kralını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.

Qaynarinfo xəbər verir ki, mətndə deyilir:

"Əlahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

Birləşmiş Krallıq ilə münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Biz dövlətlərarası əlaqələrimizin bütün sahələrdə dərinləşməsinə, xüsusilə də strateji xarakter daşıyan çoxillik səmərəli enerji əməkdaşlığımızın daha da genişlənməsinə böyük önəm veririk. Bu ilin noyabrında Azərbaycanın COP29-a ev sahibliyi etməsi Birləşmiş Krallıq ilə iqlim fəaliyyəti və yaşıl enerjiyə keçid məsələlərində də birgə işin davam etdirilməsi üçün yaxşı imkanlar yaradır.

Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında sağlam təməllər üzərində qurulmuş ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Əlahəzrət, belə bir əlamətdar gündə Sizə bir daha ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->