Siyasət 17:07 28.05.2022

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə təyyarələrinin nümunəvi çıxışlarını izləyirlər

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST-Azərbaycan" Festivalında Azərbaycan Hərbi Hava Qüvvələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk ulduzları" və "Solotürk" qruplarının nümunəvi çıxışlarını izləyirlər.

Qaynarinfo xəbər verir ki, aviaşounu izləyənlər arasında "Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, həmçinin Sümeyyə Bayraktar və Arzu Əliyeva, Nobel mükafatı laureatı professor Əziz Sancar da var