Xəbər lenti

İlk finalçı məlum oldu (VİDEO)
Video 15:00 29.04.2026

İlk finalçı məlum oldu (VİDEO)

ATV-nin "Kəlmə-Kəlməyə” meyxana şousunda ilk finalçı məlum olub.

Qaynarinfo xəbər verir ki, yarışmanın yarımfinal mərhələsində meyxana ustadları Kərim Kərimov və Cəlil Əliyev qarşı-qarşıya gəliblər.

Hər iki tərəfin də möhtəşəm çıxış etdiyi ½ mərhələdə Cəlil Cəlilov rəqibini üstələməyi bacarıb.

Adını finala yazdıran Cəlilov 2 may tarixində keçiriləcək növbəti yarımfinal mərhələsinin qalibi ilə çempionluq yarışına çıxacaq.

Qeyd edək ki, növbəti finalçı 2 may saat 22:00-da Fariz Zeynalov və Tərlan Xəlilov arsında keçirilən görüşdə məlum olacaq. Görüşü ATV telekanalından və "ATV Music” yutub kanalından canlı izləyə bilərsiniz.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->