Xəbər lenti

İran Haniyəyə görə İsraillə savaşa hazırlaşır? - ABŞ hərbçiləri cavab verdi
Dünya 11:15 01.08.2024

İran Haniyəyə görə İsraillə savaşa hazırlaşır? - ABŞ hərbçiləri cavab verdi

İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı əməliyyat xəbərindən sonra İsraillə genişmiqyaslı müharibəyə girməkdən qorxur. 

Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Bir yüksək rütbəli ABŞ hərbi zabiti... deyib ki, İranın fövqəladə təhlükəsizlik uğursuzluğundan məəttəl qalmasına baxmayaraq, o, İsraillə genişmiqyaslı müharibəyə girməkdən də ehtiyat edə bilər”, - deyə nəşr yazıb.

Qəzetin qeyd etdiyi kimi, Haniyəyə qarşı əməliyyatla bağlı məlumat alan Amerika rəsmiləri "zorakılıq spiralının məhdud zərbələr həddini aşmasına mane olmaq ümidi ilə” İsrail, Livan, İraq, Qətər, Misir, İordaniya və Səudiyyə Ərəbistanının rəsmiləri ilə əlaqə saxlayıb.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı və ABŞ-ın yüksək rütbəli diplomatları Haniyənin öldürülməsindən sonra bölgədə genişmiqyaslı müharibənin qarşısını almaq üçün Yaxın Şərqdə təcili danışıqlar aparıblar.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->