Dünya 18:05 29.11.2023

İran HƏMAS-a dəstəkdən imtina etsə, maliyyə yardımı ala bilər - "Bloomberg"

Səudiyyə Ərəbistanı HƏMAS-ı dəstəkləməkdən imtina etməsi müqabilində İrana sanksiyalardan zərər çəkmiş iqtisadiyyatını bərpa etmək üçün yardım təklif edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Vəziyyətlə tanış olan ərəb və Qərb rəsmilərinin sözlərinə görə, təklif keçən ay HƏMAS-ın İsrailə hücumundan və Qəzza zolağında müharibənin başlamasından sonra birbaşa və müxtəlif vasitələrlə edilib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (LAS) sammitlərinin keçirildiyi Ər-Riyadda Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman ilə İran prezidenti İbrahim Rəisinin işgüzar görüşündə müvafiq tezislər səsləndirilib.

Bununla yanaşı, jurnalistlər deyirlər ki, ərəblər ABŞ və digər ərəb ölkələri ilə paralel olaraq İranın Fələstin, Livan, İraq, Suriya və Yəməndəki müttəfiqlərini silahlandırmasının qarşısını almaq üçün çalışırlar.

Aydın