Xəbər lenti

İdman 10:24 12.10.2022

İran millisinin əfsanəvi futbolçusuna sanksiya tətbiq edildi

Iranda Məhsa Əmininin öldürülməsindən sonra höküməti tənqid edən əfsanvi futbolçu, "Şəhriyar" (kral) ləqəbli Əli Daeiyə qarşı sanksiyalar tətbiq olunub.

Qaynarinfo xəbər verir ki, İranın əfsanəvi futbolçusu ölkəsində hökumətə qarşı etirazlara dəstək xarakterli açıqlamalar verib və bu səbəbdən pasportu əlindən alınıb.

22 yaşlı Məhsa Əmini hicab qadağasına əməl etmədiyi üçün həbs olunduqdan üç gün sonra dünyasını dəyişib. Sentyabrın 16-da açıqlanan ölüm xəbərindən sonra ölkədə başlayan etiraz aksiyaları çoxlu sayda mülki vətəndaşın ölümünə səbəb olub. Bundan sonra İranın əfsanəvi futbolçusu Əli Daei İran hökumətini "İran xalqına zülm, zorakılıq, həbslər tətbiq etmək əvəzinə problemlərini həll etməyə” çağırıb.

"Hammihan" qəzeti, "Əli Daeinin pasportunun müsadirə edilməsi, Məhsa Əmininin ölümdən sonra İnstaqramda yazdıqlarına görədir" - yazıb.

Keçmiş hücumçu 109 qolla İran millisinin ən çox fərqlənən futbolçusu ünvanına sahibdir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->