İran 9 noyabrda uranın zənginləşdirilmə səviyyəsini 4,5%-ə çatdıracaq.
Qaynarinfo xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi məlumat verib.
İran may ayından bəri 2015-ci ildə imzalanmış nüvə razılaşmasının şərtlərindən mərhələli şəkildə imtina edir. Saziş uranın 3,67%-ə qədər zənginləşdirilməsinə icazə verir.
Qeyd edək ki, İran ötən günlərdə Fordo zavodundakı sentrifuqaların qazlaşdırılmasına başlayaraq müqavilənin şərtlərinin növbəti birindən imtina etmişdi.
Gülşən
Şərhlər