Siyasət 16:11 04.07.2022

İran XİN: Azərbaycan Respublikası ilə anlaşılmazlıqları aradan qaldırdıq

İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmirabdullahian bəyan edib ki, bu ölkə Azərbaycan Respublikası ilə "anlaşılmazlıq mərhələsini keçib”.

Qaynarınfo "Iranintl" saytına istinadən xəbər verir ki, bu sözləri bazar ertəsi, iyulun 4-də Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında Əmir Abdullahian deyib.

"Son 10 ayda biz anlaşılmazlıqlar mərhələsini yaxşı keçdik və indi Tehran və Bakı arasında iki xalqın mənafeyinə uyğun olaraq hərtərəfli münasibətlər getdikcə daha da inkişaf mərhələsindədir”.

Vurğulanır ki, ötən il İranla Azərbaycan arasında gərginlik iki iranlı qanunu pozan yük maşını sürücüsünün Azərbaycan qüvvələri tərəfindən həbs edilməsindən sonra artıb, bubunla bərabər İran ordusunun quru qoşunları, Azərbaycan Respublikası sərhədləri yaxınlığında təlim keçirib və İslam Respublikasının rəsmiləri Azərbaycanın İranla sərhəd bölgələrində İsrailin mövcud olduğunu iddia ediblər.

Lakin Azərbaycan Respublikası bu iddianı rədd edib və onu "əsassız” adlandırıb.
O vaxtdan bəri İbrahim Rəisi və İlham Əliyev iki dəfə üçüncü ölkələrdə bir-birləri ilə görüşüb danışıblar. Əmir Abdullahianın sözlərinə görə, Əliyev yaxın vaxtlarda İrana səfərə hazırlaşır.

Həmçinin, Əmir Abdullahian bildirib ki, yaxın vaxtlarda Tehranda xarici işlər nazirləri səviyyəsində İran, Azərbaycan və Türkiyənin üçtərəfli görüşü keçiriləcək.

Aydın