Müqtəda Sədrin on minlərlə tərəfdarı cümə günü, İraqın keçmiş anti-İran prezidenti Səddam Hüseyn tərəfindən tikilmiş Bağdad hərbi parad meydanına toplaşıb .
Qaynarinfo bu barədə VOA-a istinadən xəbər verir.
Müqtəda Sədrin tərəfdarları Səddamın 1980-ci illərin sonunda İranla müharibəni xatırlamaq üçün tikdirdiyi məşhur hərbi parad meydanında cümə namazı qılıblar.
Mütəxəssislər Müqtəda Sədrin cümə namazı üçün buranı seçməsini İrana bir növ xəbərdarlıq kimi qiymətləndiriblər.
Bu meydan Bağdadın Yaşıl zonasının mərkəzində, yəni hökumət binalarının, o cümlədən parlament və xarici səfirliklərin yerləşdiyi yerdədir.
Ötən günlərdə onun çağırışından sonra Sədr tərəfdarları İraq parlamentinə axışaraq orada oturaq aksiyasi keçiriblər.
Sədr ötən ilin oktyabrında keçirilən seçkilərdə qalib gəlsə də, İranın dəstəklədiyi qrupların iştirakı olmadan hökumət qura bilməyib və bu səbəbdən də öz tərəfdarlarından parlamentdən istefa vermələrini istəyib. İndi isə növbədənkənar seçki keçirmək istəyir.
O, özünü İraq millətçisi kimi təqdim edib və həm İran, həm də ABŞ-ın xarici müdaxiləsinə qarşı çıxıb.
Onun son tələbi İraq parlamentinin buraxılması, konstitusiyaya dəyişiklik edilməsi, həmçinin prezident modelini indiki parlament idarəçiliyi ilə əvəz etmək olub.
Aydın
Şərhlər