Xəbər lenti

Foto 13:39 30.09.2023

“İslahatçı Gənclər”lə Özbəkistan Gənclər İttifaqı arasında əməkdaşlıq sazişi imzalandı (FOTOLAR)

"İslahatçı Gənclər” İctimai Birliyinin heyəti Özbəkistanda rəsmi səfərdədir.

Birliyin mətbuat xidmətinin məlumatına görə, nümayəndə heyəti bu ölkənin ətrafında 5 milyon gənci birləşdirən ən böyük komporativ təşkilatı olan Özbəkistan Gənclər İttifaqını ziyarət edib. İttifaqın rəhbərliyi ilə keçirilən görüşdə iki ölkə arasında gənclər siyasəti sahəsindəki əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə çıxış edən "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan olduqca uğurlu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. O bildirib ki, gənclər siyasəti ölkəmizdə dövlət siyasətinin mühüm bir istiqamətini təşkil edir.

Özbəkistan Gənclər İttifaqının sədrinin birinci müavini Əbdüləziz Müminov ölkəsində gənclər siyasəti sahəsində görülən işlər haqqında geniş məlumat verib. Bildirilib ki, Azərbaycan Özbəkistan gəncləri arasında əməkdaşlığın böyük potensialı var.

Daha sonra "İslahatçı Gənclər” İctimai Birliyi ilə Özbəkistan Gənclər İttifaqı arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu İGİB sədri Fərid Şahbazlı və Özbəkistan Gənclər İttifaqı sədrinin birinci müavini Əbdüləziz Müminov imzalayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->