Xəbər lenti

İspaniya La Liqasında irqçilik - Barmağını futbolçunun…
İdman 17:07 06.02.2024

İspaniya La Liqasında irqçilik - Barmağını futbolçunun…

İspaniya La Liqasında baş tutan "Rayo Valyekano”- "Sevilya” matçında xoşagəlməz hal yaşanıb.

Qaynarinfo-nun məlumatına görə, yerli azarkeşlərdən biri "Sevilya”nın futbolçusu Lukas Okamposa, belə demək mümknüsə, barmaqla təcavüz edib. Futbolçu topu oyuna daxil edərkən, sözügedən azarkeş çirkin jestə yol verib. O, barmağı ilə argentinalının ombasına toxunub. Toxunmaqdan daha çox, o, sol əlinin şəhadət barmağını futbolçunun kürəyinin aşağısına uzadıb. 

Baş verənlərdən sonra argentinalı gənc arxaya dönüb etirazını bildirib. Qarşılaşmanın baş hakimi Hernández Maeso isə vəziyyətlə bağlı "Rayo Valyekano” nümayəndəsini məlumatlandırmalı olub.

Oyundan sonra Okampos məsələ ilə bağlı açıqlama verib. O, "Ümid edirəm ki, La Liqa bunu irqçilik məsələsi kimi ciddi qəbul edər. Mən bütün Rayo xalqının belə olduğunu düşünmürəm, bizə həmişə hörmətlə yanaşırlar, amma hər yerdə həmişə bir axmaq var. Ümid edirəm ki, başqa sahələrdə olmaz, çünki qadın futbolunda belə hərəkətə yol verilərsə, nələrin baş verəcəyini bilirik. İki qızım olduğu üçün özümü saxladım və ümid edirəm sabah bu onların başına gəlməz. Bir axmaq çox yaxşı davranan azarkeşlərə ləkə olmamalıdır” - sözlərini söyləyib.

Oyundan sonra "Sevilya" sərt bəyanatla çıxış edib. Klub yaydığı bəyanatda, "Sevilya” bu bazar ertəsi "Rayo Valyekano" ilə matçda futbolçumuz Lukas Okamposun yerli azarkeş tərəfindən tamamilə nalayiq jestlə üzləşdiyi hadisədən dərin təəssüf hissi keçirir. "Sevilya” ümid edir ki, futbol meydançasında belə davranışların təkrarlanmaması üçün əsasnamədə nəzərdə tutulan müvafiq tədbirlər görüləcək. Dünyada ən yaxşı liqa olmasını istəyiriksə, yarışlarda belə jest və davranışlara yol verilməməlidir. "Sevilya” ona qarşı uyğunsuz hərəkətə yol verən azarkeşin qəbuledilməz münasibətinə baxmayaraq, böyük peşəkarlıq və alicənablıq nümayiş etdirən Lukas Okamposa maksimum dəstəyini çatdırır” - ifadələrinə yer verib.

Yerli mətbuatda məsələ ilə bağlı araşdırmalara başlanıldığı yazılıb.
 



Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->