Xəbər lenti

ISW Ukraynada Putinin şərtləri ilə sülhün mümkün olub-olmadığını qiymətləndirdi
Dünya 11:17 11.01.2025

ISW Ukraynada Putinin şərtləri ilə sülhün mümkün olub-olmadığını qiymətləndirdi

Ukraynada müharibənin Putinin şərtləri ilə başa çatdırılması barədə Kremlin Qərb ölkələri ilə hər hansı danışıqları davamlı sülhün təminatı ola bilməz.  

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bəyan ediblər.
 
İcmalda qeyd olunub ki, Kreml yeni seçilmiş ABŞ prezidenti Donald Trampla Ukrayna məsələsində "heç bir ön şərt olmadan" danışıqlara hazır olduğunu təsdiqləyib, lakin onun danışıqlar mövqeyinin dəyişməz qaldığını bildirib.  

"Qərb liderləri ilə danışıqlara "hazır" olduğuna baxmayaraq, Putin bu tələblərin tərəfdarı olaraq qaldığı müddətcə heç bir danışıqlar tam və dayanıqlı sülhə gətirib çıxara bilməyəcək", - ISW-də vurğulayıblar.  

Dünən yeni seçilmiş ABŞ prezidenti Donald Tramp Putinlə danışıqların hazırlanması barədə bəyanat verib. Buna cavab olaraq mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin əlaqələrə açıqdır. Peskov qeyd edib ki, Kreml 2024-cü ilin iyununda Putin tərəfindən dəqiq müəyyən edilmiş Ukrayna ilə bağlı mövqeyini qoruyur.  

Xatırladaq ki, həmin vaxt o, "denasifikasiya" adı ilə Vladimir Zelenski və onun hakimiyyətinin dəyişdirilməsini, Ukraynanın demilitarizasiyasını, işğal olunmuş Ukrayna ərazilərinin, həmçinin Rusiyanın nəzarətində olmayan bəzi ərazilərin də Rusiyaya verilməsini tələb etdiyini bəyan etmişdi.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->