Xəbər lenti

Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutuldu
Ölkə 19:33 21.05.2022

Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutuldu

Mayın 21-i saat 16:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan istifadə edərək atəşə tutub.

Qaynarinfi bu barədə  Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->