Xəbər lenti

Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanıldı
Ölkə 10:45 18.11.2023

Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanıldı

İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qaynarinfo-ya verilən görə, noyabrın 17-də polis əməkdaşları Kəlbəcər rayonunda xidmət apararkən müvafiq icazələri olmayan və rayon ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmuş Səxavət Məmmədov, Taleh Məmmədov, Eldar Həsənov, Muraz Süleymanov və Cəmil Mehdiyevi saxlayıb. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->