Xəbər lenti

Ölkə 20:48 04.10.2024

"Kəpəz" ilk qələbəsini "Neftçi" üzərində qazandı

Avrokubokların oyunlarından sonra diqqətlər yenidən daxili çempionata yönəlir. 


Qaynarinfo xəbər verir ki, Misli Premyer Liqasında I dövrənin son turu bu gün start götürüb. 


Millinin oyunlarına görə yaranacaq fasilə ərəfəsində baş tutacaq turun açılış matçı Tovuzda reallaşıb. "Kəpəz" "Neftçi"ni sınağa çəkib. Qəribə görünsə də, tarixi klubların budəfəki dueli autsayderlərin görüşü statusunu daşıyırdı. Belə ki, görüşdən öncə uğursuz mövsüm keçirən komandalar turnir cədvəlinin 8-10-cu pillələrində qərarlaşırdılar. Oyun həm "Neftçi", həm də "Kəpəz" üçün xüsusi önəm daşıyırdı. Bakılılar mövsümdə ilk qələbəyə köklənmişdisə, gəncəlilər də meydana ən azı ilk xal arzusu ilə çıxmışdılar.


Hesabı "Neftçi" açsa da, yekunda inamlı qələbə qazanan "Kəpəz" istəyinə çatıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->