Dünən "Keyxanım" ləqəbi ilə tanınan aktrisa Ülviyyə Əliyevanın toyu olub.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, şəhər restoranlarından birində baş tutan məclis mediaya qapalı keçirilib.
Tədbirdə bir çox şou-biznes nümayəndələri iştirak edib. Onlar toydan görüntüləri sosial şəbəkələrdə paylaşıblar.
Qeyd edək ki, aktrisanın həyat yoldaşı Manaf Muxtarov Rusiyada yaşayır. Bu Manaf bəyin ikinci evliliyidir. Onun ilk nikahdan bir qız övladı var. Rusiyada yaşayan Manaf bizneslə məşğuldur. Cütlüyün toyu həm Bakıda, həm də Rusiyada gerçəkləşəcək.
Onu da əlavə edək ki, bu, 37 yaşlı "Keyxanım"ın da ikinci evliliyidir. Aktrisanın ilk evliliyi öz həmkarı ilə olmuşdu.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər