Xəbər lenti

Siyasət 22:02 16.12.2023

"Komissiya üzvlərini dünəndən Xankəndiyə göndərmişik"

Azad edilmiş ərazilərdə seçkilərlə bağlı komissiya üzvlərini dünəndən Xankəndiyə göndərmişik.

Trend-in xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, üzvlər Ağalıda harada məntəqələr olacağını bildiriblər.

"Orada binalar hamısı yeni tikilib. Oradakı məntəqələr digər yerlərdəki məntəqələrə nümunə olacaq məntəqələrdir. Xankəndi, Şuşa, Laçında biz dünyaya nümayiş etdirəcəyik ki, tikinti-quruculuq işləri gedən yerlərdə də biz məntəqələr yaradacağıq.

İlk orada səs verən, orada 18 yaşı tamam olan və ilk dəfə səs verən vətəndaşı da tarixə salacağıq. Gözəl tarix yaşayırıq. KİV-lər azad edilmiş ərazilərdəki seçkiləri daha yaxşı işıqlandırmalıdır. Dünya bilməlidir ki, artıq Azərbaycan xalqı orada oturuşub”, - deyə o əlavə edib.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->