Xəbər lenti

Konfrans Liqası:
İdman 21:56 22.07.2026

Konfrans Liqası: "Neftçi" 8 dəqiqəyə 2 qol vurduğu komandaya uduzdu (YENİLƏNİR)

"Neftçi" UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

Qaynarinfo-nun məlumatına görə, "ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Belarusun "Dinamo" (Minsk) komandasını qəbul edib.

"Palms Sports Arena"da keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:2.

2-ci dəqiqədə Azərbaycan təmsilçisinin kapitanı Emin Mahmudov hesabı açıb. 8-ci dəqiqədə qonaqlardan Aleksandr Selyava avtoqol müəllifi olub.

Minsk komandasında qolları 36 və 57-ci dəqiqələrdə Karen Vardanyan, 47-ci dəqiqədə Yevgeni Malaşeviç, 77-ci dəqiqədə Gulzigit Alykulov vurublar.

Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.
 
Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun

Neftçi (Azərbaycan) - Dinamo (Belarus) 2:4
Qollar: Emin Mahmudov, 2. Aleksandr Selyava, 8 (avtoqol) - Karen Vardaryan, 36; 57. Evqeni Maleşeviç, 47. Qulziqit Alykulov, 76.
Neftçi: 1. Emil Balayev, 77. Falaye Saçko, 55. Andreu Qravilyon, 5. İqor Ribeyro, 24. Mustafa Sek, 20. Qustavo Klisman, 6. Sessi D`Almeyda, 8. Emin Mahmudov (k), 33. Breno Almeyda, 29. Lubomir Tupta, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, 3. Rüfət Abbasov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. İfeyani Metyu, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 91. Ağadadaş Salyanski, 97. Bassala Sambu
Dinamo: 1. İvan Şimakoviç, 44. Qleb Qurban, 12. Aleksey İvanov, 26. Vladislav Kalinin, 25. Abdul Aziz Ture, 8. Aleksandr Selyava (k), 23. Aleksey Ziçenko, 42. Favaz Abdullah, 30. Mustafa Dyimet, 10. Karen Vardaryan, 7. Evqeni Maleşeviç.
Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 24. Aleksey Vakuliç, 2. Matvey Dubatovka, 3. Maksim Şvetsov, 27. Mixail Aleksandrov, 5. Danil Duşevski, 11. Qulziqit Alykulov, 13. Vladislav Poloz, 19. Rayan-Eli Gibero, 78. Artem Sokolovskiy, 9. Andrei Lutskoviç, 80. Leonard Şatelen Qvet.
Hakimlər: Konstantinos Fellas, Marios Kaloqirou, Giorgios Çaralampous, Konstantinos Neofytou (Cənubi Kipr).
8-ci km stadionu.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->