Xəbər lenti

Azərbaycanda cəmi 3 həkimi olan şəhər var (SİYAHI)
phrase_var_qaynar. 19:56 22.07.2026

Azərbaycanda cəmi 3 həkimi olan şəhər var (SİYAHI)

Azərbaycanda 2026-cı ilin əvvəlinə 34 min 776 həkim fəaliyyət göstərsə də, bəzi rayon və şəhərlərdə həm həkimlərin ümumi sayı, həm də əhaliyə düşən həkim təminatı olduqca aşağı səviyyədədir.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2026-cı ilin əvvəlində olan rəsmi statistikada ən az həkim Xankəndi şəhərindədir. Burada cəmi 3 həkim fəaliyyət göstərir. Eyni zamanda, hər 10 min nəfərə 6,8 həkim düşür.

Sonrakı yerlərdə Xocalı rayonu (8 həkim, hər 10 min nəfərə 5,1 həkim), Sədərək rayonu (10 həkim, 4,3), Daşkəsən rayonu (15 həkim, 4,5), Kəngərli rayonu (17 həkim, 5), Şahbuz rayonu (21 həkim, 8,3), Cəbrayıl rayonu (22 həkim, 3), Yardımlı rayonu (29 həkim, 4,1), Xocavənd rayonu (30 həkim, 24), Lerik rayonu (35 həkim, 4), Ordubad rayonu (36 həkim, 7,1) və Culfa rayonu (38 həkim, 7,9) qərarlaşır.

Siyahının davamında Naftalan şəhərində 42 həkim (hər 10 min nəfərə 48,6), Zərdab rayonunda 51 həkim (8,5), Samux rayonunda 51 həkim (8,6), Ucar rayonunda 52 həkim (6,1), Gədəbəy rayonunda 54 həkim (5,3) və Oğuz rayonunda 57 həkim (12,7) fəaliyyət göstərdiyi bildirilib.

İşğaldan azad edilmiş rayonlar arasında həkim təminatı aşağı olaraq qalır. Belə ki, Cəbrayılda hər 10 min nəfərə cəmi 3 həkim, Kəlbəcərdə 6, Zəngilanda 3,7, Qubadlıda 4,3, Laçında isə 8,1 həkim düşür.

Müqayisə üçün qeyd edək ki, ölkə üzrə orta göstərici hər 10 min nəfərə 33,9 həkim təşkil edir. Bakı şəhərində bu rəqəm 100,1, Naxçıvan şəhərində 49,1, Gəncə şəhərində isə 38,4-dür.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->