Xəbər lenti

İdman 15:00 22.07.2026

"Neftçi"nin qadın komandası Çempionlar Liqasına qələbə ilə başladı

"Neftçi"nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünə qələbə ilə başlayıb.

Qaynarinfo-nun məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Monteneqronun "Buduçnost" klubu ilə üz-üzə gəlib.

Yunanıstandakı Veria stadionunda baş tutan 1-ci qrupun yarımfinal matçının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb.

Penaltilər seriyasında üstün (4:3) olan "Neftçi" mərhələ adlayıb. Komanda finalda PAOK (Yunanıstan) – "Hapoel" (Yerusalim, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. Qalib komanda II təsnifat mərhələsinə yüksələcək.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->