Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Rusiya Avropa ölkələri üçün ekzistensial təhlükə təşkil edir.
Qaynarinfo xəbər verir ki, onun çıxışı "DRM News"un "YouTube" kanalında yayımlanıb.
"Biz aydın şəkildə görürük ki, Rusiya Avropadakı ölkələrimiz üçün ekzistensial təhlükə yaradır”, – deyə Kallas ASEAN xarici işlər nazirlərinin konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Avropa İttifaqına üzv dövlətlər Ukraynaya dəstəyi davam etdirmək və öz müdafiə qabiliyyətlərini daha da gücləndirmək niyyətindədir.
Aydın
Şərhlər