ABŞ Konqressinin Respublikaçı nümayəndəsi Lauren Boebert və onun həyat yoldaşı uyğun olmayan davranışa görə Denverdəki teatrdan çıxarılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Telekanalın məlumatına görə, onlardan ən azı biri elektron siqaret çəkərək "səs-küy yaratmaqla, mahnı oxumaq və mobil telefondan istifadə etməklə” digər izləyicilər üçün narahatlıq yaradıb.
Köməkçilərindən biri konqressmenin teatrdan qovulduğunu təsdiq edib. Lakin o, Boebertin müzikl zamanı elektron siqaret çəkməsi ilə bağlı iddiaları rədd edib.
Aydın
Şərhlər