Kosovo Təhlükəsizlik Qüvvələri Kosovo Silahlı Qüvvələrinə çevrilir.
Qaynarinfo xəbər verir ki, prosesi nəzərdə tutan qanun layihəsi bu gün parlament tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Kosovo 2008-ci il 17 devralda Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. 1999-cu ildə yaradılmış Kosovo Müdafiə Qüvvələri 2009-cu ildən Kosovo Təhlükəsizlik Qüvvələri kimi fəaliyyətini davam etdirib.
Qeyd edək ki, ordu qurulması məsələsi ilk dəfə 2014-cü ildə gündəmə gətirilib, lakin serb millət vəkillərinin etirazı ilə məsələ parlamentdə müzakirə edilməyib. Serbiya Kosovonun ordu yaratmaq addımına etirazı ilə diqqət çəkir.
Gülşən
Şərhlər