Siyasət 13:30 13.09.2022

KTMT Ermənistandan müraciət aldığını təsdiqlədi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan tərəfindən müraciət aldığını təsdiqləyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidmətindən bildirilib.

"KTMT Ermənistan tərəfdən müraciət alıb və tezliklə bununla bağlı bəyanat hazırlanacaq”, - deyə qurumun mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə baş verən silahlı toqquşma ilə bağlı KTMT-yə müraciət etdiyini açıqlayıb.