Xəbər lenti

İdman 17:57 21.05.2022

Kuarejma klubundan ayrıldı

"Beşiktaş"ın sabiq futbolçusu Rikardo Kuarejma Portuqaliya çempionatında forma geyindiyi "Vitoriya"dan ayrılıb.

Qaynarinfo xəbər verir ki, hücumçu bu haqda şəxsi sosial media hesabında məlumat verib. O, açıqlamasında klubla müqaviləsinin bitdiyini və ayrıldığını bildirib. Komandanın azarkeşlərinə təşəkkürlərini bildirən Kuarejma klubun maliyyə durumuna görə müqavilə müddətini uzatmadığını deyib. 

Bununla belə futbolçu karyerasını bitirmək haqda düşünmədiyini də açıqlayıb: "Hələ təqaüdə çıxmaq vaxtı deyil. Futbol oynamaq və məni xoşbəxt edən şeyləri etməyə davam etmək istəyirəm".

Superliqada "Beşiktaş" və "Kasımpaşa"da çıxış edən Rikardo Kuarejma 2020-ci ildə "Vitoriya"ya keçib. Bu mövsüm 26 oyuna çıxan 38 yaşlı futbolçu 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Portuqaliya Liqasının son həftəsində "Vitoriya"nın "Gil Visente"ni 5-0 hesabı ilə məğlub etdiyi matçda da meydana çıxan Kuarejma komandasının 4-cü qoluna imza atıb. 

Bu mövsüm Portuqaliya çempionatının qalibi "Portu" olub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->