Xəbər lenti

Lənkəran rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Ekonomiks 10:50 09.10.2022

Lənkəran rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

"Lənkəran” QPS-də qaz qızdırıcı sobanın giriş xətti üzərində quraşdırılmış siyirtmədə yaranmış qaz sızmasının ləğv edilməsi məqsədilə, 10.10.2022-ci il tarixdə saat 10:00-dan etibarən təmir işlərinin görülməsi planlaşdırılır.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Lənkəran şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->