
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi "Instagram" hesabında Heydər Əliyev Mərkəzində keçirilən "44" bədii filminin təqdimat mərasimindən paylaşım edib.
Qaynarinfo sözügedən paylaşımı təqdim edir:
Qeyd edək ki, film bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbət dramıdır.
Sevgi və şəxsi sınaqlar xətti ilə paralel olaraq, filmdə gərgin hərbi əməliyyatlar cərəyan edir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “44” bədii filmi istehsal miqyası, cəlb olunmuş mütəxəssislərin sayı, çəkiliş coğrafiyası, istifadə olunan texniki resursların həcmi və beynəlxalq əməkdaşlıq səviyyəsi baxımından Azərbaycanda son illərin ən böyük kinematoqrafik layihələrindəndir.
Filmin bədii rəhbəri Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli, Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov, İsmayıl İman, prodüseri Orman Əliyev, quruluşçu operator Oleksandr Pozdnyakov, montaj rejissoru Elşad Rəhimov, bəstəkarı Ruslan Ağababayev, səs rejissoru Teymur Kərimovdur.
Ekran əsəri ssenarinin işlənməsindən postprodakşn mərhələsinədək 5 il ərzində ərsəyə gəlib.
Belə ki, bədii ssenari və rejissor ssenarisinin yazılması 2 il, çəkilişlərə hazırlıq işlərinə 1 il, çəkilişlər 14 ay, postprodakşn işləri isə 1 il davam edib. Filmin daimi yaradıcı, aktyor və inzibati heyəti 455 nəfərdən ibarət olub.

