"Litva İsveçdə
qeydiyyatdan keçmiş Rusiya telekanalı RTR-Planeta-nın yenidən yayımını
dayandıra bilər.
Qaynarinfo xəbər
verir ki, bununla bağlı Litva Radio və Televiziya Komissiyası (LRTK) çərşənbə
günü dayandırma proseduruna start verib.
Sputnik-in məlumatına
görə, komissiya AB-nin audiovizual media xidmətləri ilə bağlı direktivinin
televiziya kanalının və respublikanın ictimai məlumat qanununu təkrarən pozduğu
səbəbindən belə bir qərar qəbul edib. Xüsusilə, proqramda "müharibə, nifaq
və milli nifrətə təhrik" görülüb.
Agentliyin məlumatına
görə, LRTK Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin iştirakı ilə
verilişdə pozuntulara yol verildiyini bildirib: "LRTK müəyyən edib ki, 17
sentyabr 2020-ci il tarixində RTR Planeta-nın yayımladığı "60 dəqiqə"
proqramında iştirak edən Vladimir Jirinovskinin mövqeyi Litva, Latviya,
Estoniya, Ukrayna, Polşaya qarşı aqressivdir, onun "silahları doldurmaq”,
raketləri açmaq, qsıxışdırmaq, hücum etmək" kimi hədyanları isə müharibə və
nifrətə təhrik kimi qəbul edilə bilər".
Komissiya bildirib
ki, bu il proqramda artıq ikinci dəfə pozuntu baş verib. Üçüncü belə qayda
pozuntusu aşkar edilərsə, müəyyən edilmiş prosedurlar tamamlandıqdan sonra,
LRTK bu televiziya proqramının Litvada pulsuz yayımını müvəqqəti dayandıra bilər.
"Komissiya Avropa Komissiyasına da məlumat verəcək. Əgər pozuntu barədə
Aİ-yə bildiriş göndərildiyi gündən bir ay ərzində qarşılıqlı razılaşma və etiraf
əldə etmək mümkün olmasa, qanuni hərəkətlər davam edəcək, LRTK RTR-Planetanın
yayımını yenidən bir il və ya daha çox müddətə dayandıra bilər", - Sputnik
əlavə edib.
Xatıqladaq
ki, Estoniya paytaxt rəhbərliyi 1 oktyabrdan etibarən Rusiya televiziyalarının
proqramlarını da yayımlayan şəhər telekanalı Tallinn Televiziyasının (TTV)
yayımını dayandırıdılar.
Alpər
Şərhlər