"Liverpul” Trent Alexander-Arnold ilə yeni müqavilə bağlamaq üçün prinsipial razılığa gəlib.
Qaynarinfo-nun məlumatına görə bu barədə "Tootbalinsider” yazıb. 24 yaşlı futbolçunun hazırkı müqaviləsinin bitməsinə iki ildən az vaxt qalmasına baxmayaraq mersisaydlılar onun gələcəyi ilə bağlı hər hansı spekulyasiyaya son qoymaq istəyirlər. İngiltərə və Avropanın top-klublarından yaxşı təkliflər olmasına baxmayaraq, futbolçu "Liverpul”dan ayrılmaq fikrində olmadığını söyləyib. Bütün tərəflərin razılığa gəlmək və müqaviləni uzatmaq niyyətində olduğu bildirilir.
Aleksander-Arnold Ceyms Milner və Cordan Hendersonun gedişindən sonra komandasında vitse-kapitan olub. O, 2024-25 mövsümündə Çempionlar Liqasına qayıtmağı hədəfləyən komandanın əsas oyunçularından birinə çevrilməyi planlaşdırır. Aleksander-Arnold keçən mövsüm "Liverpul”un formasında meydana çıxdığı oyunlarda ümumilikdə 47 oyunda dörd qola, 10 məhsuldar ötürməyə imza atıb.
O, sonuncu dəfə 2021-ci ilin iyulunda "Liverpul”la müqavilə müddətini uzadıb. "FBRef”in məlumatına görə, futbolçunun hazırkı maaşı həftədə 180 min funt-sterlinqdir.
Səbuhi Həsənov
Şərhlər