Macarıstan hökuməti əmindir ki, Avropada həm Rusiya, həm də Ukrayna üçün məqbul olan yeni beynəlxalq təhlükəsizlik sistemi yaradılmalıdır.
Qaynarinfo MTI agentliyinə istinadən xəbər verir ki, bunu Macarıstan Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə dövlət katibi Tamaş Mençer hakim partiyanın "FİDES - Macarıstan Vətəndaş Birliyi” gənclər təşkilatının qurultayında deyib.
Mençer vurğulayıb ki, Budapeşt dərhal atəşkəs və sülh sazişinin hazırlanmasının tərəfdarıdır.
"Bizə sülh danışıqlarına ehtiyacımız var, sonra isə Ukraynanın təhlükəsizliyinə təminat verməli və Rusiya Federasiyası üçün məqbul olan təhlükəsizlik sistemi yaratmalıyıq", deyə dövlət katibi bildirib.
Aydın
Şərhlər