Dünya 16:56 28.07.2022

Makron Afrika liderlərinin Ukrayna ilə bağlı ikiüzlülüyünü tənqid etdi

Fransa prezidenti Emmanuel Makron bəzi ölkələri, xüsusən də Afrika qitəsini "Rusiyanı Ukraynaya təcavüzünə görə qınayan riyakarlığa” görə tənqid edib.

Qaynarinfo bu barədə BBC-ə istinadən xəbər verir.

Qərbi və Mərkəzi Afrikaya səfəri zamanı Makron qonşusuna hücum etdiyi üçün Rusiyanı "son müstəmləkəçi dövlətlərdən biri” adlandırıb.

Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Afrikanın başqa bölgəsinə səfər edib.

Fransa prezidenti Benində keçirdiyi mətbuat konfransında deyib: 

"Rusiya Ukraynaya hücuma keçdi. Bu, Avropada bir daha görməyəcəyimizi düşündüyümüz ərazi müharibəsidir. Bu, 20-ci əsrin əvvəlindən, hətta 19-cu əsrdən başlanan müharibədir”.

O, həmçinin Rusiyanı dezinformasiyada, enerji və qidadan "yeni növ hibrid qlobal müharibədə” alət kimi istifadə etməkdə ittiham edib.

M.Arif