Xəbər lenti

Makron enerji sahəsində əməkdaşlığı müzakirə etmək üçün Astanaya gəldi
Dünya 14:29 01.11.2023

Makron enerji sahəsində əməkdaşlığı müzakirə etmək üçün Astanaya gəldi

Fransa prezidenti Emmanuel Makron Qazaxıstanın paytaxtı Astanaya gəlib. Səfər zamanı o, Qazaxıstan prezidenti Kasım-Comart Tokayevlə görüşəcək. 

Qaynarinfo Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, prezidentlər iki ölkə arasında ticarət-iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsi məsələlərini, həmçinin beynəlxalq və regional gündəlikdəki məsələləri müzakirə edəcəklər.

Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev jurnalistlərə bildirib ki, danışıqlarda xüsusən Qazaxıstan-Fransa "Katko” birgə müəssisəsi tərəfindən gələcəkdə respublikada uran yataqlarının işlənməsi müzakirə olunacaq.

Tokayev bildirib ki, Fransa prezidentinin səfərini "tarixi, çox mühüm” adlandırmaq olar, çünki Qazaxıstan və Fransa arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Fransa prezidenti həmçinin Tokayevi 2024-cü ildə Paris Sülh Forumunda iştirak etməyə dəvət edib və o, dəvəti qəbul edib.

Qazaxıstan və Fransa prezidentlərinin geniş tərkibdə danışıqları zamanı Makron bildirib ki, Mərkəzi Asiya respublikası Çin, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələri ərazisindən keçən Transxəzər nəqliyyat marşrutunun inkişafında strateji əhəmiyyətə malikdir.  

Bundan əlavə, Makron bildirib ki, Qazaxıstan "hər hansı güclərin vassalı” olmaqdan imtina edir və müxtəlif ölkələrlə balanslaşdırılmış münasibətlər saxlamaq istəyir. "Bu strategiya Fransaya yaxındır. Biz də dostlarımızı seçməyi sevirik. Biz onlara uzunmüddətli perspektivdə hörmətlə yanaşırıq”, deyə Fransa prezidenti danışıqlar zamanı deyib. 

Oktyabrın 31-də "Bloomberg" mənbələrə istinadən yazıb ki, Emmanuel Makron uran tədarükünün artırılması ilə bağlı danışıqlar aparmaq üçün Qazaxıstan və Özbəkistana səfər edəcək. Agentlik bildirir ki, Fransanın urana ehtiyacı Nigerdə enerji resursları istehsalının dayandırılması ilə bağlıdır. Daha sonra Fransa prezidentinin noyabrın 1-2-də Qazaxıstan və Özbəkistana səfəri rəsmən təsdiqlənib.

2022-ci ildə Avropa İttifaqı 8 ildə ilk dəfə nüvə yanacağı ehtiyatlarının artırılması strategiyasına qayıdıb. Sovet tipli reaktorların sahibləri Rusiyadan gələn tədarüklərə qarşı sanksiyalardan qorxduqları üçün yanacaq ehtiyatı yığırlar. Eyni zamanda, Qərb dizaynlı atom elektrik stansiyalarının operatorları Rusiya Federasiyasından uran almaqdan fəal şəkildə uzaqlaşırlar, buna görə də 2022-ci ildə uranın Aİ-yə tədarük həcmi illik müqayisədə 16% azalıb. "Rosatom” qeyd edir ki, tədarüklər uzunmüddətli müqavilələr əsasında həyata keçirilir və həcmlərin azalması məhsulların çatdırılma cədvəli və bazar qiymətləri ilə bağlı ola bilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->