Fransa prezidenti Emmanuel Makron Parisdə Yay Olimpiya Oyunlarının açılışına qədər Sena çayında üzməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Le Monde"a Fransa prezidentinin mətbuat katibi məlumat verib.
"O, Olimpiadaya az qalmış üzgüçülüklə məşğul olacağını açıqlamamışdı. Sadəcə üzgüçülüklə məşğul olacağını açıqlayıb. Makron həmişə bunu ifadə edib", deyə Fransa liderinin mətbuat katibi bildirib.
2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək. Bundan əvvəl Fransanın idman naziri Ameli Oudea-Kastera və Paris meri Ann Hidalqo Sena çayında üzüb. Onlar bu addımı olimpiya oyunlarının keçiriləcəyi və çirklənmə müzakirələri ilə gündəmə gələn Sena çayının təhlükəli olmadığını göstərmək olub.
Aydın
Şərhlər