Xəbər lenti

Manaf Ağayev polisə çağırılıb, müğənni üzr istəyib
Maqazin 19:43 21.02.2020

Manaf Ağayev polisə çağırılıb, müğənni üzr istəyib

Müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. 

O bildirib ki,  Manaf Ağayevlə profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. Müğənni hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib. 

Xatırladaq ki, bir müddət əvvəl ATV telekanalında yayımlanan "Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib. 

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->