İdman 14:09 29.06.2022

"Mançester Siti"nin futbolçusu 9 ildən sonra klubunu dəyişdi

Premyer Liqa təmsilçisi "Mançester Siti"dən ayrılan braziliyalı futbolçu Fernandinyo karyerasına başladığı "Atletiko Paranense"yə keçib.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub 37 yaşlı Fernandinyo ilə anlaşıb. Həm müdafiəçi, həm də yarımmüdafiəçi mövqelərində çıxış edən təcrübəli futbolçu peşəkar karyerasına ölkəsinin "Atletiko Paranaense” komandasında başlayıb.

2005-ci ildə Donetsk klubu "Şaxtyor"a keçən Fernandinyo 2013-cü ildə "Mançester Siti" ilə anlaşıb.

Premyer Liqada oynadığı 9 mövsümdə 383 oyun keçirən Fernandinyo 26 qola imza atıb. 17 ildən sonra ölkəsinə qayıdan braziliyalı futbolçu İngiltərə karyerasında 6 Liqa Kuboku, 5 Premyer Liqa, bir Federasiya Kuboku və "Community Shield" də daxil olmaqla 13 kubok sevinci yaşayıb.
 
Səbuhi Həsənov