Xəbər lenti

Masallıda bazardakı yanğın məhdudlaşdırıldı, xəsarət alanlar var (FOTO/VİDEO/YENİLƏNİB)
Ölkə 17:05 06.10.2023

Masallıda bazardakı yanğın məhdudlaşdırıldı, xəsarət alanlar var (FOTO/VİDEO/YENİLƏNİB)

Masallı şəhərində bazar ərazisində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.

Bu barədə Qaynarinfo-ya FHN Mətbuat xidmətinfən məlumat verilib.

Qeyd olunub ki, bazar ərazisində yanğın baş verib və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. FHN-in qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğını məhdudlaşdırıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Bu barədə isə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub: "1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir. Əlavə məlumat veriləcək”.

16.10
 
FHN Masallıdakı yanğınla bağlı məlumat yayıb. 

Qurumdan Qaynarinfo-ya bildirilib ki, qurumun "112” qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.
 
15.50

Masallı köhnə bazar ərazisində dəhşətli yanğın baş verib.
 
Qaynarinfo-nun məlumatına görə, bu barədə sosial şəbəkələrdə paylaşılıb.
 
Bildirilir ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafızə Xidmətinin əməkdaşları cəlb edilib.
 
Əhməd


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->