Meksikada növbəti dəfə son dərəcə qanlı atışma baş verib.
Qaynarinfo xəbər verir ki, Quanaxuato əyalətindəki naməlum şəxslər barda 11 nəfəri güllələyiblər. Bu haqda "El Universal” nəşri yazıb.
Ölənlər arasında 4 qadın, 7 müxtəlif yaşda kişi var. Sağ qalan bir qadın xəstəxanaya yerləşdirilib, həkimlər onun bədənindən güllələri çıxarıb. Prokurorluq istintaq başladıb.
Qeyd edək ki, ötən həftə sonu Meksikada azı 39 nəfər güllələnib.
Şərhlər