Video 09:31 28.11.2023

Məktəblərdə şagirdlərin psixi sağlamlığına necə nəzarət olunur? (VİDEO)

Bir vaxtlar yalnız vəzifəsi olub, özlərinin mövcud olmadığı məktəblərdəki psixoloqlar artıq xidmətlərini icra edirlər. Fəaliyyətləri, gördükləri işin keyfiyyəti isə hələ də sual altındadır.

Mövzunun yenidən gündəmə gətirilməsinə səbəb son günlər şagirdlərin məktəblərdə döyülməsi xəbərləridir. Maraqlıdır, məktəblərdə psixoloji xidmətlər hansı səviyyədədir?

Təhsil ocaqlarında fəaliyyət göstərən psixoloqlar məktəblilərin psixi sağlamlığına necə nəzarət edirlər?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində psixoloq çatışmazlığı var:
"Məktəblərdə psixoloq tapılmır. Fəaliyyət göstərənlər isə qeyri-ixtisas sahibləridir. Təklif edirəm ki, psixoloji xidməti həyata keçirən şəxslər Nazirlər Kabinetinin müvafiq qərarları ilə tanış olsunlar. Bəziləri psixoloqun vəzifə öhdəliyini bilmədən kiminsə tapşırığı və ya tanışlıq yolu ilə bu vəzifəni icra edirlər”.
Təhsil ocaqlarında psixoloq kimi fəaliyyət göstərənlər işlərinə tam məsuliyyətlə yanaşsalar, yəqin ki, neqativ halların qarşısını almaq olar.

Ətraflı Baku TV-nin süjetində: