Xəbər lenti

Məşhur aktrisa ölümündən bir gün əvvəl boşanma sənədlərini imzalayıb
Maqazin 21:15 16.07.2024

Məşhur aktrisa ölümündən bir gün əvvəl boşanma sənədlərini imzalayıb

"Beverly Hills 90210" və "Charmed" seriallarındakı rolları ilə tanınan Hollywood aktrisası Şannen Doherti ölümündən bir gün əvvəl boşanma sənədlərini imzalayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "People” məlumat yayıb.

Onun əri, fotoqraf Kurt İsvarinko sənədləri iyulun 13-də, məşhurun ​​dünyasını dəyişdiyi gün imzalayıb. Keçmiş həyat yoldaşlarının "standart və ya mübahisəsiz" boşanmağa razı olduqları bildirilir.
 


Aktrisanın İsvarinkodan boşanmaq üçün məhkəməyə müraciət etməsi 2023-cü ilin aprelində məlum olub. Sonra sənətçi ərini 12 illik evlilikləri zamanı xəyanət etməkdə günahlandırıb, lakin kişi hər şeyi inkar edib. Ulduz bildirib ki, ərinin xəyanətini beyindəki şişi çıxarmaq üçün əməliyyatdan əvvəl öyrənib.

"14 il birlikdə olduğum insan tərəfindən özümü çox xəyanət edilmiş və sevilməmiş hiss etdim. Bütün qəlbi ilə sevdiyi insandan bunu görmək ağır idi", deyə Doherti bildidib.

Şannen Doherti 2015-ci ildən xərçənglə mübarizə aparırdı. Əvvəlcə aktrisaya döş xərçəngi diaqnozu qoyulub. Mastektomiya və kemoterapi kurslarından sonra ulduz remissiya olduğunu bildirib, lakin 2020-ci ilin fevralında ona dördüncü mərhələdə döş xərçəngi diaqnozu qoyulub. O, 13 iyul 2024-cü ildə 53 yaşında vəfat edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->