Foto 08:19 21.10.2021

Məşhur aktyor keçmiş arvadı tərəfindən döyüldü (FOTO)

Qəyyumluq məsələsində üz-üzə gələn türkiyəli məşhur aktyor Özcan Dənizlə Feyza Aktan arasında gərginlik azalmır.

Eks-cütlük bu dəfə dava-dalaş xəbərləri ilə gündəmə gəlib.

Belə ki, Feyza Aktan övladını görmək üçün onun evinə gələn Dənizlə mübahisə edib və onu şillələyib. Bundan sonra o aktyorun paltarlarını cırıb.

Aktyorun şikayətindən sonra hadisə ilə bağlı araşdırma başladılıb.//oxu.az